4.2. ALQORİTMİ NECƏ TƏQDİM ETMƏK OLAR
  • Şəkildə nə təsvir olunub? Nə üçün şəkillər nömrələnib? Ağac əkmək qaydasını başqa cür necə göstərmək olar?

F Ә A L İ Y Y Ә T

Alqoritmin müxtəlif formalarda göstərilməsi
Verilmiş məsələnin həll alqoritmini müxtəlif üsullarla yazın. 6 litrlik balon su ilə doludur. 3 və 4 litrlik boş balonlardan istifadə etməklə 5 litr suyu necə almaq olar? Müzakirə edək:
  • Məsələnin həllini sözlərlə necə söyləmək olar?
  • Həll addımlarını balonların şəkilləri ilə göstərmək olarmı?
  • Həlli cədvəl, yaxud sxem şəklində necə göstərmək olar?

Alqoritmləri təqdim etmək üçün müxtəlif formalardan istifadə olunur. Ötən dərslərdə bir neçə alqoritm verilmişdir. Bu alqoritmlərin hamısı sözlə təqdim edilmişdir.