2.1
|
TEKTONİK PROSESLƏR VƏ
TƏSƏRRÜFAT
|
Sizə
məlumdur
|
Litosfer - dərin çatlarla bir-birindən ayrılan iri litosfer tavalarından
ibarətdir. Onlar
arasında konvergent və divergent sərhədlər mövcuddur. Bu sərhədlər boyunca daim tektonik
proseslər gedir, müxtəlif geoloji-tektonik hadisələr baş verir.
|
İnzibati rayonlar | Seysmik aktivlik | Əhalinin sıxlığı |
Tektonik hərəkətlər Yer qabığının bütün inkişaf mərhələlərində müşahidə olunmuşdur. Qədimdə baş vermiş tektonik proseslər paleotektonik, Kaynozoy erasında yaranan, müasir dövrədək davam edən tektonik proseslər isə neotektonik adlanır.
Neotektonik proseslər litosfer tavalarının şaquli, eləcə də üfüqi hərəkəti ilə müşayiət olunur. Şaquli hərəkətlərə Himalay, Qafqaz, Krım, Karpat və And dağlarında rast gəlinir. Şimal dənizinin cənubunda və Meksika körfəzi sahillərində isə əksinə, enmə prosesləri baş verir.
Üfüqi hərəkətlər də şaquli hərəkətlər kimi tədricən baş verir. Litosfer tavaları üst mantiyanın səthi ilə il ərzində təqribən 6-7 sm “sürüşərək” yerini dəyişir.