17

FƏSİLLƏR NECƏ DƏYİŞİR?

Yer kürəsinin şimal yarımkürəsində qış olanda cənub yarımkürəsində yay olur. Bilirsənmi bu nə üçün belədir? Bu mövzuda bunun sirləri açıqlanır. Oxu və sirləri sən də öyrən.

Baharın gəlişi ilə qarlar əriyir. Ətraf yaşıllaşır, gül-çiçəklə bəzənir. Sonra yay gəlir. Payız olur, bağlarda meyvələr yetişir. Payız qışa dönür. Qar yağır. Beləcə, fəsillər bir-birini əvəz edir. Bəs fəsillər niyə dəyişir?


şəkil 1. Fəsillərin dəyişməsi

İlin fəsillərini biz çayların donması, qaranquşların gəlməsi, yarpaqların tökülməsi və başqa əlamətlərlə müşahidə edirik. Amma payız ayı başlayan kimi yarpaqlar dərhal tökülmür. Yaxud qaranquşlar yaz girən kimi uçub gəlmir. Fəsillərin dəyişməsi tədricən baş verir. Havalar yavaş-yavaş soyuyur və qışda ən soyuq, yayda ən qızmar həddə çatır.

Biz artıq Yerin kürə şəklində olduğunu, onun Günəşin ətrafında fırlandığını bilirik. Yer Günəş ətrafında tam dövrünü 365 gün 6 saata başa vurur. Yer həm də öz oxu ətrafında dövr edir. Onun öz oxu ətrafında dövrü isə 24 saata başa çatır.Yerin öz oxu ətrafında necə fırlandığını sən Yerin kiçik modeli olan qlobus üzərində müşahidə edə bilərsən. Yer kürəsinin yuxarı hissəsinə şimal yarımkürəsi, aşağı hissəsinə cənub yarımkürəsi
şəkil 2.
deyilir. Yer kürəsinin bu hərəkətləri nəticəsində onun şimal və cənub yarımkürələrinə düşən istiliyin və işığın miqdarı daim dəyişir.Yerin Günəş ətrafındakı yoluna onun orbiti deyilir. Yerin orbiti dairəvi deyil, nisbətən oval formada olduğu üçün onunla Günəş arasındakı məsafə həmişə eyni olmur. Yanvarda Yer Günəşə daha yaxın, iyulda isə daha uzaq olur. Yer Günəşdən uzaqlaşanda onun üzərinə daha çox istilik və işıq enerjisi düşür.

İndi payız fəslidir. Çünki Yer planeti payız bərabərliyinə sentyabrın 23-də çatır. Bu təbiət hadisəsi zamanı gecə ilə gündüz bərabərləşir. Gecə ilə gündüz il ərzində iki dəfə bərabərləşir: bir yazda, yəni martın 21-də, bir də payızda. Amma bu bərabərləşmələr arasında fərq var: yaz bərabərliyindən