AŞIQ ƏLƏSGƏR
(1821–1926)
O, aşıq şeirinin, demək olar ki, bütün formalarına müraciət etmiş, yüzlərlə qoşma, gəraylı, təcnis, qıfılbənd, dodaqdəyməz yaratmışdır. Əsərləri bütün dövrlərdə bəyənilmiş, məclislərdə ifa olunmuş və maraqla oxunmuşdur.
İslam Ələsgər
− Təbiətə həsr olunmuş hansı şifahi ədəbiyyat nümunələri ilə tanışsınız?
− Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub?
− Şifahi və yazılı ədəbiyyatda dağlara çoxlu əsərin həsr edilməsinə səbəb, sizcə, nədir?
− Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
− Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
Bahar fəsli, yaz ayları gələndə
Süsənli, sünbüllü, lalalı dağlar,
Yoxsulu, ərbabı, şahı, gədanı
Tutmaz bir-birindən aralı dağlar.
Xəstə üçün təpəsində qar olur,
Min cür çiçək açır, laləzar olur,
Çeşməsindən abi-həyat car olur,
Dağıdır möhnəti, məlalı dağlar.
Yazın bir ayıdı çox yaxşı çağın,
Kəsilməz çeşməndən gözəl yığnağın,
Axtarma motalın, yağın, qaymağın...
Zənbur çiçəyindən bal alı, dağlar.
Yayın əvvəlində dönürsən xana,
Son ayda bənzərsən yetkin bostana,