Çox-çox illər bundan əvvəl bir müəllim vardı. Uşaqlara ana dilini öyrədirdi. Günlər, aylar keçdi. Şagirdlər yazıb-oxumağı öyrəndilər. Bir gün onlar müəllimə dedilər:
- Müəllim, biz artıq hərfləri tanıyırıq. Amma oxumağa kitabımız yoxdur.
Müəllim bunu eşidib dərin fikrə daldı. O, dəftər, qələm götürüb yola düzəldi. Şəhərləri, kəndləri qarış-qarış gəzdi. Babalardan, nənələrdən eşitdiyi nağılları, şeirləri bir yerə topladı. Onlardan bir kitab hazırladı.
Ülkər Rəhimqızı