Müəllim kitaba belə bir ad qoydu: “Balalara hədiyyə”. Uşaqlar kitabı görüb çox sevindilər. Bu kitab Azərbaycanda uşaqların ən sevimli kitabı oldu.
Həmin müəllimin adı Firidun bəy Köçərli idi. Bu gün Azərbaycanda ən böyük uşaq kitabxanası onun adını daşıyır.
AÇAR SÖZLƏR: Cırtdan, nənə, dostlar, meşə, odun, icazə vermək, icazə istəmək, yağ-çörək, torba, getmək
Siz nənə-babalarınızdan hansı nağılları eşitmisiniz? Onlardan birini yoldaşlarınıza danışın.