Biri vardı, biri yoxdu, Ağca adında gözəl bir şahzadə vardı. Onun ögey anası olan kraliça çox zalım idi. O istəmirdi ki, kimsə ondan gözəl olsun.
Bir gün kraliça güzgüsünə baxıb soruşdu:
- De görüm, dünyada məndən gözəli varmı?
Güzgü ona dedi:
- Kraliçam, sən çox gözəlsən, amma Ağca səndən də gözəldir.
Kraliça qəzəbləndi. Ağcanı meşədə azdırmağı əmr etdi. Keşikçilər əmri yerinə yetirdilər.
Ağca meşədə balaca bir daxma gördü. Sən demə, bu daxmada yeddi cırtdan yaşayırmış. Cırtdanlar Ağcanı görəndə sevindilər:
- Gözəl qız, bizimlə qal. Ev işlərində bizə kömək edərsən.
İndi isə sizə zalım kraliçadan danışım.
Kraliça yenə də güzgüsündən soruşdu:
- De görüm, ən gözəl kimdir?
- Kraliçam, sən gözəlsən, amma Ağca səndən də gözəldir.
Qəddar kraliça küpəgirən qarını çağırıb ona zəhərli alma verdi.
Qarı almanı götürüb cırtdanların daxmasına getdi, qapını döydü. Ağca evdə tək qalıb darıxırdı. Qarını içəri buraxdı ki, onunla bir az söhbət eləsin.