Əlamət bildirən sözlər
necə? nə cür? hansı?
suallarına cavab verir. Obraz haqqında danışarkən biz əlamət bildirən sözlərdən istifadə edirik.
Küpəgirən qarı zəhərli almanı Ağcaya verdi. Ətrafda uçuşan quşlar almanı onun əlindən yerə salmağa çalışdılar. Heç nədən xəbərsiz Ağca onları qovdu. Quşlar cırtdanlara xəbər apardılar.
Cırtdanlar gələndə artıq gec idi. Ağca almanı yeyib dərin yuxuya getmişdi. Cırtdanlar onun üçün qızıldan yataq hazırladılar. Gecə-gündüz Ağcanın keşiyini çəkdilər.
Günlərin bir günü bir şahzadə meşədən keçirdi. O, cırtdanların daxmasına girdi. Ağcanı görüb onun gözəlliyinə heyran oldu. Şahzadə Ağcanın əlindən tutdu. Elə bu vaxt Ağca gözlərini açdı.
O zamandan onlar xoşbəxt yaşadılar. Kraliçanı bir daha görən olmadı.
Göydən üç alma düşdü. Biri mənim, biri nağıl söyləyənin, biri də nağıl dinləyənin.
Hans Xristian Andersen