"Üzüm yığımı". Sadıq Şərifzadə.
1.
Rəssam əsərində gördüklərimizi şifahi olaraq təsvir edirik.
Əsərdə nə görürsünüz?
2.
Rəssam əsərinin quruluşunu təhlil edirik.
Əsərin hissələri - yaxın və uzaqda təsvir olunanlar haqqında nə deyə
bilərsiniz? Bu hissələr arasında hansı əlaqə var?
3.
Rəssamın əsərdə təsvir etdiklərini şərh edirik.
Rəssamın məkana və insanlara münasibəti haqqında nə düşünürsünüz?
O, əsərdə nəyi çatdırmağa çalışıb?
4.
Sənət əsərini qiymətləndiririk.
Rəssam əsərində nə xoşunuza gəldi?
Əsərdə nəyi dəyişmək istərdiniz?