Göy rəngdə verilmiş
sözlər necə yazılmalıdır?
Bitişik, yoxsa defislə?
Düzgün tələffüzü deyin.
açıq - [...]
işıq - [...]
azadlıq - [...]
ürəklí
əyílməyən
azadlı́q
Od ürəkli, od nəfəsli diyarımsan, Ocağına canım qurban, Azərbaycan! Əzilsən də, əyilməyən vüqarımsan, Bu çağma camm qurban, Azərbaycan!
Savaşlardan alnı?açıq çıxan zaman Tarixlərə bağışladın neçə qurban. Hər qonşuda bir parçası əsir qalan Torpağına camm qurban, Azərbaycan!
Neçə gizli sərvət yatır qucağında, Neçə ölkə od aparır ocağından.
Azadlığın al rəmzi var bayrağında, Bayrağına canım qurban, Azərbaycan!
Hər uğurun gələcəyə bir yol açır, Hər dost elə xoş niyyətin işıq saçır. Hər millətə, hər məzhəbə isti, açıq Qucağına canım qurban, Azərbaycan!
Başım üstdə məğrur?məğrur dalğalanan Bayrağına canım qurban, Azərbaycan! Ruhuma büt, cismim üçün vətən olan Torpağına camm qurban, Azərbaycan!
Nəriman Həsənzadə