Canlı maddə biosferdə bir sıra biokimyəvi funksiyalar həyata keçirir. O özünəməxsus xüsusiyyətlərə və çoxlu enerji ehtiyatına malikdir.
Sxemdə əks olunan prosesləri qruplaşdırın. Nəticəni kiçik qruplarda müzakirə edərək ümumiləşdirin və təqdim edin.
Canlılar cansızlara nisbətən daha çox morfoloji və kimyəvi müxtəlifliklərə malikdir. Biosferdə olan müxtəlif orqanizmlər onun canlı maddəsini təşkil edir. Canlı maddəni təşkil edən canlılar çoxalma intensivliyindən asılı olaraq daima çoxalır və yayılırlar. Biosferin canlı maddəsində kimyəvi reaksiyalar çox sürətlə gedir. Özünütənzimləmə bu maddələrin ümumi xüsusiyyəti hesab edilir.