Həyatın qədim dövrlərdə əmələ gəlməsi haqqında öyrəndiyiniz təsəvvürləri yada salın və fikirləşin.
Digər planetlərdə həyat yarana bilərdimi? | |
Bu planetlərdən Yer kürəsinə həyat “rüşeymləri” necə daxil ola bilərdi? |
Sxemdə göstərilən həyatın yaranması təsəvvürləri haqqında bildiklərinizi ümumiləşdirib müqayisəli şəkildə təqdim edin.
Aristotel qədim yunan filosofu, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsidir. Aristotelə görə, ideyalar və gerçək dünya bir-birindən fərqli məkanlarda mövcud ola bilməz. Çünki hər bir şeyin kölgəsi onun özü ilə eyni məkanda olur. Elə bu baxımdan da onlar birlikdə vəhdət təşkil edirlər. Aristotelə görə, həyat öz-özünə (spontan) yaranmışdır.