Mövzu: Yaşadığınız ərazinin bərpası
Məqsəd: Ətraf mühitin qorunması. Ərazinin bərpası üçün görüləcək işlərin müəyyənləşdirilməsi
İşin gedişi:
1.6 və ya 7 nəfərlik qruplara bölünün. Qrupda vəzifə bölgüsü aparın.
2. Yaşadığınız bölgədə təbii birlik müəyyənləşdirin.
3. Qorunma tədbirlərinin görülməsi və ya bərpası məqsədilə seçdiyiniz ərazidə əvvəllər onun qorunması və bərpası üçün hər hansı bir tədbirin həyata keçirilib - keçirilmədiyini müəyyənləşdirin.
4. Ətraf mühitin qorunması və bərpası üçün görülən tədbirlərin hansından həmin ərazidə istifadə edilə biləcəyini müəyyənləşdirin.
5. Tədbirlərin həyata keçirilməsinin necə aparılacağına dair plan hazırlayın.
6. Ərazinin qorunması və bərpası işləri aparıldıqdan sonra orada hansı dəyişmələrin ola biləcəyi və bunun əhəmiyyəti haqqında fikirlərinizi açıqlayın.
7. Ərazinin qorunması və bərpası məqsədilə aparılan tədbirlər haqqında 15 dəqiqəlik təqdimat hazırlayın.
Araşdırılacaq mövzu |
Zaman | Təqdimat forması |
Ətraf mühitin qorunması və bərpası | 1 ay | Yazılı və ya elektron |
• Bu layihəni işləyərkən ətrafınızdakı insanlardan, müəllimlərinizdən, meşə və naviqasiya təşkilatlarından, nazirliklərdən məlumat ala bilərsiniz.
• Layihəni nəzərdə tutulan vaxt ərzində yerinə yetirin.