Psixoloji vəziyyətində şəkillərdəki kimi dəyişiklik baş vermiş bəzi xəstələrə daha hansı əlamətlər xarakterikdir? | |
Belə xəstələrlə necə davranmaq lazımdır? |
Araşdırma apararaq psixoz haqqında məlumat toplayın. Psixoza düçar olmuş j xəstələrlə davranış qaydaları tərtib edin.
Psixoz* - insanın normal psixi fəaliyyətində baş verən dəyişikliklərdən biridir. Bu cür xəstələr reallıqla əlaqənin itirilməsini xarakterizə edən müxtəlif növ düşüncə, qavrama, davranış, emosiya və s. pozuntularına malik olurlar.
Digər psixi xəstəliklərdə olduğu kimi, bu cür xəstələr də xəstəliyin mövcudluğunu dərk etmək və öz problemlərinin həllinə düzgün yanaşmaq istəmirlər.
Xəstə özünə və digər insanlara qarşı zorakılıq törətməyə çağıran “səslər” formasında təhlükəli eşitmə və görmə hallüsinasiyalarına malik ola bilir.