İnsanların zaman-zaman müxtəlif xəstəliklərdən əziyyət çəkdikləri məlumdur. Bu xəstəliklər arasında dəhşət doğuranları, müalicəsi olmayanları da vardır.
► Sizcə, bu xəstəliklər hansılardır?
Şəkilləri müqayisə edin.Xəstəliklər içərisində insanları qorxuya salan və sağalmaz hesab olunanlardan biri də xərçəngdir. Xəstəlik nə üçün belə adlanır?
Latınca xərçəng xəstəliyini “kanser” adlandırırlar. Çünki bu xəstəlik zamanı xərçəng hüceyrələri ilk yarandığı yerdən yayılaraq digər yerlərə rişələr* atır, yeni toxumaları zədələyir. Rişələr xərçəng ayaqlarına bənzədiyindən xəstəlik belə adlandırılıb. Xərçəng hüceyrələri üzərində aparılan təcrübə və müşahidələr nəticəsində onların çox sürətlə çoxaldığı müəyyən olunmuşdur.
Laboratoriya şəraitində süd vəzinin normal hüceyrələri 20-50 dəfə bölündüyü halda qidalı mühitdə xərçəng hüceyrələri sonsuz sayda bölünə bilir. Onlar toxumaları qalınlaşdırır və nizamsız törəyib artır.