48. Mitoz və meyoz bölünmələrin
oxşar və fərqli cəhətləri
Siz mitoz və meyoz bölünmələrin necə baş verdiyini bilirsiniz. Canlıların çoxalması, böyüməsi və
inkişafı hüceyrələrin çoxalması nəticəsində baş verir.
Mitoz və meyoz bölünmələrin arasında bəzi oxşar və fərqli cəhətlər vardır.
Oxşar cəhətlər:
1. Hüceyrələrin sayı artır.
2. Cüt homoloji xromosomlar ayrılır.
3. Sentriollar ikiləşir (heyvan hüceyrələrində).
4. Sitoplazma bölünür.
5. Çoxalmada əhəmiyyətlidirlər.
6. Bölünmə vətərləri yaranır.
7. İnterfazada replikasiya* baş verir.