Mikroskopik canlılar olan mikroorqanizmlər və ya mikroblar biosferin ayrılmaz tərkib hissələridir. Bunlar maddələr dövranında çox mühüm funksiya yerinə yetirməklə bərabər, bitki, heyvan və insan orqanizmlərində parazitlik* edir, müxtəlif xəstəliklər törədirlər.
Bu canlıları hansı elm sahəsi öyrənir? | |
Bu elm sahəsi nə kimi xüsusiyyətlərə malikdir? |
Şəkildə verilən canlıları öyrənən elm sahələrini müvafiq xanalara yazmaqla sxemi tamamlayın. Onları öyrənən elm sahələri haqqında bildiklərinizi müzakirə edin.