Biosferdə çox böyük sahə tutan atmosfer də mikroorqanizmlərlə zəngindir. Atmosferin müxtəlif təbəqələrində bu canlıların miqdarı dəyişir.
Sizcə, bunun səbəbi nədir, atmosferin mikroflorası hansı xüsusiyyətlərə malikdir? | |
Atmosferin mikroflorası hidrosfer və litosferin mikroflorasından nə ilə fərqlənir? |
Verilmiş qrafik havanın tərkibində mikroorqanizmlərin mikroorqanizmlərin sayı miqdarının dəyişməsini əks etdirir. Hansı şəraitdən asılı olaraq bu cür dəyişiklik baş verə bilər? Seçimlərinizi əsaslandıraraq təqdim edin.
Havadakı mikroorqanizmlərin öyrənilməsi ilə mikrobiologiyanın aeromikrobiologiya* şöbəsi məşğul olur. Biosferin bu sahəsində mikroorqanizmlər say və növ tərkibinə görə xeyli fərqlidir. Hava onların yaşaması üçün əlverişli mühit olmadığından burada onlar müvəqqəti mövcud olur. Lakin göbələk və bakteriya sporları, vərəm çöpləri havada uzun müddət həyatilik qabiliyyətini saxlayır.
Havada aktinomisetlər, kif göbələkləri və koklara daha çox rast gəlinir.
Metereoloji şəraitdən asılı olaraq havanın mikroflorası dəyişir. Küləkli havada mikroorqanizmlərin sayı artır və torpaq mikroflorasına yaxın olur. Yağışlı havada isə mikroorqanizmlər azalır. Səbəbini əsaslandırın.
Atmosferin əsas təbii çirklənmə mənbəyi torpaqdır.
Qapalı yerlərdə hava mikroflorası onun təmizliyindən, oradakı insanların sayından, Günəş şüası ilə işıqlanma dərəcəsindən asılı olaraq dəyişir. Belə şəraitdə yuxarı tənəffüs yolları mikroorqanizmləri daha çox olur. Günəş şüası ilə normal təchiz olunmayan rütubətli yaşayış yerlərinin havasında mikroorqanizmlər uzun müddət mövcud olaraq insan sağlamlığına zərər vurur.
Bəzi xəstəliklərin yoluxma mənbəyi havadır. Bu xəstəliklər toz və damcı vasitəsilə ötürülür. Damcı vasitəsilə qrip, qızılca, göyöskürək, difteriya, vərəm və s. xəstəliklərin törədiciləri xəstə insanın yuxarı tənəffüs yollarından danışarkən, öskürmə və asqırma zamanı havaya, buradan da sağlam insana keçir