İnsanlar arasında qida zəhərlənmələrinə tez-tez rast gəlinir.
Hansı hallarda qida zəhərlənmələri baş verir? | |
Nə üçün bu zəhərlənmələr əksərən köhnə qida məhsulları qəbul etdikdə baş verir? | |
Bu halın qarşısını almaq üçün nələrə əməl olunmalıdır? |
Qida məhsullarını tərkibində olan mikroorqanizmlərin miqdarına görə qruplaşdırın.
№ | Ərzaqlar | Mikroorqanizmlərin miqdarı | ||
yoxdur | azdır | çoxdur | ||
1. | ||||
2. | ||||
3. | ||||
4. | ||||
5. | ||||
6. | ||||
7. |
Qida məhsulları mikroorqanizmlərin yaşaması üçün əlverişli mühitdir. Burada həm saprofit, həm də parazit mikroorqanizmlərə rast gəlinə bilər. Qidanın növündən, mənşəyindən, saxlanılma şəraitindən və s. asılı olaraq onun mikroflorası fərqli olur.
Ət və ət məhsulları, süd və süd məhsulları, konservləşdirilmiş qidalar mikroorqanizmlər üçün yaxşı mühitdir. Bu məhsullar emal və saxlanma prosesində mikroorqanizmlərlə çirklənə bilir.
Mikroorqanizmlər özləri üçün lazım olan bütün element və maddələri - karbon, azot, vitamin, mineral duz və suyu ətdə tapır.