İnsanlar bitki sortları və heyvan cinsləri yaradarkən özlərinin bir çox tələbatlarını nəzərə alırlar. Nəticədə bir-birindən fərqlənən yeni formalar yaranır. Darvin hələ XIX əsrdə təkamülün mexanizmini açmaq məqsədilə İngiltərədə kənd təsərrüfatı ilə maraqlanmağa başlamışdı. O müəyyən etmişdi ki, ingilis fermerləri intensiv seleksiya işləri apararaq göyərçin, toyuq, it, qaramal və s. heyvan cinsləri, müxtəlifbitki sortları yetişdirmişlər.
İnsanlar hansı qanunauyğunluqlara əsaslanaraq belə çoxsaylı formalar almışlar? | |
Bu, seçmənin hansı formasının nəticəsində yaranır? |
• Şəkildəki canlıların əcdadlarından fərqlənən xüsusiyyətlərini qeyd edin.
• Canlıların yaranması zamanı həyata keçirilən seleksiya proseslərinin nəticəsində alınan cins və sortları müqayisə edin. Nəticələri şərh edin.
Mədəni bitkilər və ev heyvanları insanlar tərəfindən aparılan əhliləşdirmə, çarpazlaşma və süni seçmə nəticəsində öz vəhşi əcdadlarından alınmışdır.
Seleksiya prosesinin ilkin mərhələsi olan əhliləşdirmə və ya mədəniləşdirmə vəhşi heyvanların və yabanı bitkilərin mədəni formalara çevrilməsidir. Proseslərin ilk mərhələsində bitki və heyvanlarda ciddi dəyişkənliklər baş vermişdir. Nəticədə stabilləşdirici təbii seçmənin təsiri zəifləmişdir. Süni seçmə yolu ilə insanlar bitkilərdə, heyvanlarda və mikroorqanizmlərdə özləri üçün faydalı əlamətlərə malik fərdləri ardıcıl surətdə seçmiş, nəsillər boyu yeni bitki sortları, heyvan cinsləri və mikroorqanizm ştamlarının yaradılmasına nail olmuşlar.