Alimlər Yer üzərindəki dəyişiklikləri izləmək üçün onun tarixi inkişafını, aşağıdakı sxemdə göstərildiyi kimi, mərhələlərə bölmüşlər. Bu, həyatın yaranması və inkişafı haqqındakı təsəvvürlərin başa düşülməsini asanlaşdırır. Onlar həyatın necə yarandığını, ilk canlının meydana çıxmasını, növlərin yaranmasını, bir çox növlərin nəslinin kəsilmə səbəblərini müxtəlif geoloji dövrlərdə baş verən dəyişmələrin nəticəsi olduğunu isbat etməyə çalışmışlar.
Canlılara xas olan həyat nədir? | |
Yer planeti və onun üzərində həyat necə yaranıb? |
Bizə elə gəlir ki, canlını cansızdan asanlıqla fərqləndirmək olar. Məsələn, qaranquş qidalanır, tənəffüs edir, qıcığa qarşı cavab reaksiyası verir, böyüyür və çoxalır, uçaraq uzaq məsafələr qət edir. Günəbaxan da qidalanır, tənəffüs edir, çiçək açır, meyvə və toxum əmələ gətirir, lakin məkan etibarilə yer dəyişə bilmir. Bu əlamətlər canlılara məxsusdur. Cansızlarda isə sadalanan əlamətlərin əksəriyyətinin olmamasına baxmayaraq bəzi kənaraçıxmalara rast gəlinir. Məsələn, su cansızdır, lakin onun axması hərəkətdir. Küləyin torpağı sovurub yayması da hərəkətdir. Onda belə suallar meydana çıxır:
- Canlını cansızdan fərqləndirən nədir?
- Yer planetində həyatın yaranması prosesi necə gedə bilərdi?