Yer üzərində həyatın mövcud olması baxımından mikroorqanizmlərin əvəzedil- J məz rolu var. Təbiətdə həyata keçirilən maddələr dövranının ən vacib komponentlərindən olan bu kiçik orqanizmlər insan həyatında da mühüm rol oynayır. ; İnsanlar şərab və spirtin, bəzi turşuların istehsalında, çörəkbişirmədə mikroorqanizmlərin fəaliyyətindən istifadə edirlər. Bəzi vitaminlər və dərman preparatlarıda mikroorqanizmlərin iştirakı ilə alınır.
Belə canlılarda da seleksiya işi aparmaq mümkündürmü? Bu necə həyata keçirilir? | |
Bunun üçün seleksiya elmi ilə bərabər daha hansı elmin nailiyyətlərinə istilnad edilir? | |
Bu elmin canlıların seleksiyasının aparılmasında nə kimi rolu var? |
Şəkildə toxuma kulturası üsulu ilə bitki alınması verilmişdir. Aşağıda verilən- T lərlə şəkillər arasında uyğunluğu müəyyən edin. Onları ardıcıl düzün. Nəticəni ♦ ümumiləşdirərək toxuma kulturası üsulunun şərhini verin.
Mikroorqanizmlərdə də seleksiya aparılır. Bunun üçün rentgen şüalarından, xüsusi kimyəvi maddələrdən istifadə edilir, irsi dəyişkənliklərin tezliyi on və yüz dəfələrlə artırılır, seçmə yolu ilə mikroorqanizmlərin yeni ştamları yaradılır. Məsələn, bəzi alimlər bu yolla müəyyən xəstəliklərin müalicəsində əvəzsiz rolu olan antibiotiklərin istehsalını on dəfələrlə çoxaldan mikroorqanizm formalarını almışlar. Xəmirin qıcqırmasına səbəb olan maya göbələklərinin yüksək keyfiyyətli çörək alınmasına kömək edən formaları aparılan seleksiya işlərinin nəticəsidir.