Biotexnologiyanın sahələri, bu sahələrin fəaliyyətinin hansı istiqamətdə getdiyi sizə məlumdur. Biotexnologiyanın sahələrinin insanlar üçün hansı faydası və zərəri olduğunu yadınıza salın və cədvəli doldurun.
Sahələr | Əhəmiyyəti | Zərəri |
Elmi-texniki tərəqqi gen mühəndisliyi sahəsində də özünü göstərir. Gen mühəndisliyinin nailiyyətlərindən biri genomu modifikasiya olunmuş orqanizmlərin (GMO) yaradılmasıdır.
Tanıdığınız genotipi dəyişdirilmış qida maddələrinin siyahısını tərtib edin. Onların alınması üçün hansı işlərin aparılmasının lazım olduğunu müzakirə edin.
Barbara Mak-Klintok ilk dəfə qarğıdalı bitkisinin xromosom xəritəsini tərtib etmişdir. O, Cənubi Amerika qarğıdalı şortlarının üzərində geniş tədqiqat işi aparmış və bitkilərdə genetik məlumatların idarəolunma mexanizmini işləyib hazırlamışdır. Onun 1940-cı ildə genlərin idarəolunma mexanizmi ilə bağlı kəşfi 1960-1970-ci illərdə qəbul olundu.
Əvvəllər belə bitkilərdən yalnız heyvanların qidalanmasında və spirt istehsalında istifadə olunmasına icazə verilirdi. Sonralar isə onlardan insanların qidalanmasında da istifadə edilməyə başlanıldı. Bu isə insanlarda bir sıra sağlamlıq problemlərinin baş verməsinə səbəb oldu.
► Bu problemlər nə ola bilər?
Hazırda insanlar üçün yararlı olan yeni sort və cinslər yetişdirmək məqsədilə biotexnoloji üsullardan məqsədyönlü istifadəyə aid çoxsaylı misallar gətirmək mümkündür. Onlardan biri də İsveçrə alimi İnqo Potrikus və onun əməkdaşlarının apardığı işlərdir. Onlar nərgiz bitkisindən alınan genləri düyü bitkisinə yerləşdirmişlər. Bu genin yerləşdirilməsi nəticəsində düyü beta-karotin maddəsi sintez etməyə başlamışdır. Bu düyüyə “qızıl düyü” adı verilmişdir. Belə düyünün həm rəngi dəyişmiş, həm də qidalılıq keyfiyyəti artmışdır. Hazırda buna bənzər bir çox hibridlər əldə olunmuşdur.