Seleksiyaçılar daha çox ət, yumurta, süd əldə etmək, daha dadlı və məhsuldar meyvə sortları almaq üçün müxtəlif üsullardan istifadə edirlər. Bu üsullar hansılardır? Yadınıza salın. Yüksək məhsuldarlığın alınmasında istifadə olunan metodların əhəmiyyəti nədir? Hazırda torpaq bakteriyalarına nitrifikasiya bakteriyalarının genlərinin yerləşdirilməsi biotexnologiyada gen mühəndisliyi sahəsində görülən ən əhəmiyyətli işlərdən hesab olunur. Sizcə, nə üçün?
Şəkilləri nəzərdən keçirin və fikirlərinizi müzakirə edin.