1.1
|
KARTOQRAFİK TƏDQİQAT
METODLARI
|
Sizə
məlumdur
|
Plan, xəritə və qlobus kartoqrafik təsvirlərdir. Ərazinin kiçildilmiş,
ümumiləşdirilmiş və şərti
işarələrlə təqdim olunmuş modelinə kartoqrafik təsvir deyilir.
|
1. | Cədvəldəki statistik məlumatlar əsasında iqtisadi-coğrafi rayonların əhali sıxlığı şkalasını tərtib edin: |
1.1. | İqtisadi-coğrafi rayonları əhali sıxlığının azalan, yaxud artan sırası ilə düzün. |
1.2. | İqtisadi-coğrafi rayonları əhali sıxlığına görə qruplara ayırın (məsələn: <50; 51-100; >101). |
1.3. | Hər bir qrup üçün rəng, yaxud ştrix seçərək əhali sıxlığı şkalasını tərtib edin. |
2. | Tərtib etdiyiniz əhali sıxlığı şka- lasındakı rənglərdən (və ya ştrix- lərdən) istifadə etməklə kontur xəritə üzərində əraziləri təsvir edin: |
2.1. | Əhali sıxlığı şkalasını kontur xəritənin küncünə köçürün. |
2.2. | İqtisadi-coğrafi rayonları əhali sıxlığı şxalasına uyğun rəngləyin. |
İqtisadi-coğrafi rayonlar | 2015-ci ildə əhalinin sıxlığı (1 km2 1 2, nəfər) |
|
1 | Abşeron | 474 |
2 | Gəncə-Qazax | 101 |
3 | Şəki-Zaqatala | 68 |
4 | Lənkəran-Astara | 148 |
5 | Quba-Xaçmaz | 76 |
6 | Aran | 93 |
7 | Yuxarı Qarabağ | 90 |
8 | Kəlbəcər-Laçın | 39 |
9 | Dağlıq Şirvan | 50 |
10 | Naxçıvan | 81 |