3.5. |
AKTİV, İNDUKTİV VƏ TUTUM MÜQAVİMƏTLƏRİNİN ARDICIL BİRLƏŞDİRİLDİYİ DƏYİŞƏN CƏRƏYAN DÖVRƏSİ ÜÇÜN OM QANUNU |
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika -10 və 11 |
Tam dövrə üçün Om qanunu belə ifadə olunur :
|
Rəqs sistemində məcburi rəqslərin amplitudu məcburedici qüvvənin tezliyindən asılıdır. Belə ki, məcburedici qüvvənin dəyişmə tezliyinin qiyməti sistemin məxsusi rəqs tezliyinin qiymətinə yaxınlaşdıqca məcburi rəqslərin amplitudu artır. Nəticədə sistemdə rezonans hadisəsi baş verir:
■
|
Bəzən yay aylarında elektrik soyuducu sistemlərindən intensiv istifadə edən
iri
müəssisələrin
yüksək gərginlik xətlərinin izolyasiyasında deşilmə baş verir. Nəticədə izolyasiya qatında
zəhərli tüstülənmə yaranır və o alovlanaraq yanğın qəzası törədir.
Mütəxəssislərin belə fövqəladə hallarda gəldikləri nəticə, adətən, belə olur: "Dövrədə elektrik rezonansı baş vermişdir!" |
ARAŞDIRMA | 1 |
Təchizat: tezliyi dəyişdirilə bilən gərginlik mənbəyi, rezistor (1 kOm), kondensator (100 mkF), dəmir içlikli sarğac (5 Hn), rəqəmsal multimetr M-3900 (4 əd.)
1. Verilən sxemi iş vərəqinə çəkin (a) və ona uyğun elektrik dövrəsini yığın (b).
2. Multimetrlər dəyişən cərəyan şiddətinə (1- multimetri) və dəyişən gərginliyə (2 ÷ 4 mul- timetrləri) köklənir.
3. Açan qapayıb multimetrlərin göstəricilərini 3.6 cədvəlinin uyğun xanalarında qeyd edin.