• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 8 |
|
Q = I2Rt.
Q = U 2
R t.
■
|
Müasir nəhəng elektrik stansiyalarında elektrik enerjisi bir neçə min volt gərginlik altında hasil olunur. Lakin bu enerjini uzaq məsafələrdəki məntəqələrə ötürmək üçün onun gərginliyi daha yüksək gərginliyə qədər yüksəldilir. Elektrik enerjisi lazımi yerə çatdırıldıqdan sonra isə onun gərginliyi yenidən azaldılır. |
Elektrik enerjisinin ötürülməsi
Dəyişən cərəyan generatorundan alınan elektrik enerjisini naqillər vasitəsilə uzaq məsafələrə ötürdükdə onlarda istilik ayrılması şəklində enerji itkisi baş verir. Ayrılan istilik miqdarı Coul-Lens qanununa əsasən müəyyən edilir:
Q = I 2 Rt = I2 ⋅ ρ ι
S ⋅ t. (1)
(1) düsturundan göründüyü kimi, enerji itkisinin azaldılması üsullarından biri naqillərin en kəsiyinin sahəsini (S) artırmaqdır. Lakin bu üsul praktik cəhətdən əlverişli deyildir, çünki belə olduqda naqillərin kütləsi xeyli artar və onları saxlaya bilən nəhəng dirəklər hazırlamaq lazım gələr.
Enerji itkisinin azaldılmasının ən səmərəli üsulu dəyişən cərəyanın gücünü sabit saxlayıb gərginliyi artırmaqdır:
Q = P2
U2 ⋅ R ⋅ t. (2)
Ona görə də elektrik stansiyalarında istehsal olunan 12÷25 kV gərginlikli dəyişən cərəyanı uzaq məsafələrə ötürmək üçün onun gərginliyi yüzlərcə kilovolta qədər yüksəldilir. Belə cərəyan yüksək gərginlik xətləri ilə lazımi məntəqəyə çatdırıldıqdan sonra isə o, yenidən alçaldılaraq istehlakçıya (istifadəçiyə) verilir. Deməli, elektrik eneıjisinin ötürülməsində gərginliyi artırıb-azalda bilən zəruri elementsiz - transformatorsuz keçinmək olmur (a).