• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 7 və 10 |
Dalğa - rəqslərin zaman keçdikcə fəzada yayılma prosesidir.
|
• Mexaniki dalğa - mexaniki rəqslərin mühitdə yayılma prosesidir. O, vakuumda yayılmır. Mexaniki dalğalar elastik mühitdə (bərk cisim, maye və qazlarda) yayılır. Dalğanın iki növü var: eninə və uzununa dalğa.
• Eninə dalğada mühitdəki zərrəciklərin rəqsi dalğanın yayılma istiqamətinə perpendikulyar olur. Eninə dalğalar yalnız bərk cisimlərin və mayelərin səthində yayıla bilir. Eninə dalğalar mühitdə bir-birini əvəz edən qabarıqlar və çöküklər formasında yayılır.
• Uzununa dalğada mühitdəki zərrəciklərin rəqsi dalğanın yayılma istiqamətinə paralel olur. Uzununa dalğalar bütün mühitlərdə (bərk cisim, maye və qazlarda) yayıla bilir. Uzununa dalğalar mühitdə bir-birini əvəz edən sıxlaşmalar və seyrəkləşmələr formasında yayılır.
Mexaniki dalğaların mühüm növlərindən biri səs dalğalan və ya sadəcə, səsdir. O da rəqslərin elastik mühitdə yayılmasıdır.
• Dalğa tezliyi (periodu) - dalğa yaradan mənbəyin rəqs tezliyidir (periodudur).
• Dalğa uzunluğu - bir rəqs perioduna bərabər müddətdə (t = T) dalğanın yayıldığı məsafədir:
λ = υ T = υ
v.
Dalğa sürəti - rəqslərin mühitdə yayılma sürətidir: υ = λ
T
= λv.
Dalğa sürəti onun tezliyindən və periodundan asılı deyildir. Dalğa sürəti mühitin xassəsindən və aqreqat halından asılıdır. Dalğa uzunluğu isə bircins mühitdə rəqs periodundan düz, rəqs tezliyindən tərs mütənasib asılıdır. Bir mühitdən digərinə keçdikdə dalğanın tezliyi və periodu dəyişmir, lakin müxtəlif mühitlərdə dalğa sürəti fərqli olduğundan onun dalğa uzunluğu dəyişir.
■
|
Kondensator və induktivlikli sarğacın ardıcıl birləşdirilməsindən əmələ gələn
elektrik
dövrəsinin niyə rəqs konturu adlandığını, bu konturda hansı hadisələrin baş verdiyini
öyrəndiniz.
|