3.8. | ELEKTROMAQNİT DALĞASININ ENERJİSİ. ELEKTROMAQNİT DALĞALARI ŞKALASI (Təqdimat dərs) |
Təqdimatın aşağıda verilən təqribi plan əsasında hazırlanması tövsiyə edilir. Bu məqsədlə təqdim olunan elektron resurslardan və nəzəri məlumatlardan istifadə edilə bilər.
Plan: |
|
Sonuncu problemə dair təqdimat hazırlayarkən bu suallara cavab verməyə çalışın: şüalanmanın aşkar olunma tarixi, xarakteristikası, xassəsi, tətbiqi, insan orqanizminə təsiri.
1. Elektromaqnit dalğasının enerjisi. Elektromaqnit dalğası özü ilə enerji daşıyır. Bu enerji aşağıdakı fiziki kəmiyyətlərlə xarakterizə olunur.
• Elektromaqnit şüalanması selinin sıxlığı (J) — ixtiyari Δt zaman fasiləsində şüanın yayılma istiqamətinə fikrən perpendikulyar qoyulmuş ixtiyari səthin S sahəsindən keçən ΔW elektromaqnit enerjisinin bu səth ilə Δt zamanı hasilinə olan nisbətinə bərabərfiziki kəmiyyətdir.
J = ΔW
S ⋅ Δt. (1)
Əgər S = 1m2 və Δt = 1san olarsa, (1) ifadəsindən almır ki, J = ΔW: elektromaqnit şüalanması selinin sıxlığı vahid səthdən vahid zamanda keçən enerjiyə bərabərdir. Şüalanma selinin sıxlığına bəzən dalğanın intevsivliyi də deyilir.
Şüalanma seli sıxlığının BS-də vahidi:
[J] = [ΔW ]
[S] ⋅ [Δt] = 1 C
m 2 ⋅ san = 1
vt
m 2.
• Elektromaqnit dalğasının enerji sıxlığı — vahid həcmdəki elektromaqnit sahəsinin enerjisinə bərabərdir.
w = ΔW
ΔV. (2)
Eneıji sıxlığının BS-də vahidi: [ w ] = [ Δw ]
[ Δv ]
=
1 c
m3.
Elektromaqnit dalğası fəzada c işıq sürəti ilə yayıldığından o, ədədi qiymətcə fəzada fikrən götürülmüş və doğuram c ⋅ At olan silindrin daxilindəki elektromaqnit enajisinə bərabərdir (a). Həmin eneıji fikri silindrin həcmi ilə (ΔV = cΔtS) enerji sıxlığının (w) hasilinə bərabərdir:
ΔW = w ⋅ c ⋅ Δt ⋅ S. (3)
(3) ifadəsini (l)-də nəzərə alsaq məlum olur ki, şüalanma selinin sıxlığı (intensivliyi) elektromaqnit enerjisinin sıxlığ ilə onun yayılma sürətinin hasilinə bərabərdir:
J = w ⋅ cΔtS
S ⋅ Δt = w ⋅ c. (4)
Elektromaqnit dalğalarını şüalandıran ən sadə mənbə nöqtəvi mənbədir. Belə mənbə bütün istiqamətlərdə eyni intenvsivlikli dalğalar şüalandınr və mənbəyin ölçüləri onun təsirini öyrəndiyimiz məsafəyə nisbətən çox kiçikdir (b).