№ |
Suallar |
Bilirəm |
zəif |
orta |
yaxşı |
1 |
Radiorabitə nədir və onun əsasını nə təşkil edir?
|
|
|
|
2 |
Verici stansiyanın rəqs konturunda cərəyan şiddətinin zamandan asılılığının şəkildə təsvir
olunan forması necə əldə edilir?
|
|
|
|
|
3 |
Şəkildə radioqəbuledicinin sadələşdirilmiş sxemi təsvir edilmişdir. Təyin edin:
- dalğanın lazımi tezliyə hansı element vasitəsilə kökləndiyini;
- rəqsləri detektə edən qurğunu;
- elektrik siqnallarını səs siqnalına çevirən qurğunu.
|
|
|
|
|
4 |
Yer səthindəki lokatordan planetlərarası kosmik gəmiyə göndərilən siqnal 4
dəqiqədən sonra yenidən həmin lokator tərəfindən qəbul edildi. Kosmik gəmi Yerdən hansı
uzaqlıqdadır?
|
|
|
|
Layihə. |
"Radiodalğaların tətbiqləri" mövzusunda elektron təqdimat hazırlayın. |
NƏ ÖYRƏNDİNİZ? İş vərəqində "Radiorabitənin prinsipləri" mövzusunda esse
yazın.
3.10. İŞIĞIN DALĞA TƏBİƏTİ. İŞIĞIN DİSPERSİYASI
•
Layihənin müzakirəsi •
Qruplar üzrə
|
“Radiorabitənin tətbiqləri” mövzusunda hazırlanan elektron təqdimatın müzakirəsi:
|
- Televiziya verilişləri hansı prinsipə əsaslanır?
- Radiorele rabitəsi nədir?
- Kosmik radiorabitə necə həyata keçirilir və onun fiziki əsası nədir?
- Fototeleqraf (faksimile) rabitə nədir və o necə həyata keçirilir?
- Radioteleskop nədir, onun iş prinsipi nəyə əsaslanır və hansı məqsədlər üçün istifadə olunur?
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 9
- Mühitin vakuuma nəzərən sındırma əmsalı həmin mühitin mütləq sındırma əmsalı adlanır. Mütləq
sındırma əmsalı işığın verilən mühitdəki sürətinin vakuumdakı sürətindən neçə dəfə kiçik
olduğunu göstərir:
n = c
υ.
|
- Cisimdən prizmanın üzərinə düşən şüalar istiqamətlərini prizmanın oturacağına
doğru dəyişir.
|