1.2. ELEKTROSTATİK SAHƏ. ELEKTROSTATİK SAHƏNİN İNTENSİVLİYİ
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 8
|
- Sükunətdə olan elektrik yüklərinin yaratdığı sahə elektrostatik sahə
adlanır.
- Elektrik sahəsinin intensivliyi - elektrik sahəsində sınaq yükünə təsir edən
elektrik
qüvvəsinin bu yükün miqdarına olan
nisbəti ilə ölçülən fiziki kəmiyyətdir:
|
Elektrik sahəsinin intensivliyinin BS-də vahidi: [E]=
[F]
[q]=1
N
Kl=1
V
m-dir.
- Elektrik qüvvəsi elektrik sahəsinin intensivliyi ilə smaq yükünün miqdarı hasilinə bərabərdir:
- Kulon qanunu: sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəsi yüklərin
modulları hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir:
F=k |q0||q|
r2.
Kulon qüvvəsini intensivlik düsturunda nəzərə aldıqda elektrik sahə intensivliyinin asılı olduğu
kəmiyyətlər müəyyən olunur.
-
Nöqtəvi yükün verilmiş nöqtədə yaratdığı elektrik sahəsinin intensivliyinin modulu yükün miqdarı
ilə düz, yükdən olan məsafənin kvadratı ilə tərs mütənasibdir:
E=k |q0|
r2.
■ |
Şəkildə verilən hesablama sisteminə nəzərən sükunətdə olan
müsbət q0 yükünün
yaratdığı sahə təsvir edilmişdir.
- Bu sahənin hansı nöqtəsində elektrik sahəsinin
qüvvə xarakteristikasının modulu ən
böyükdür; ən kiçikdir?
|
• Məsələ 1. |
Aşağıdakı sualları araşdınn:
- Elektrik sahəsinə gətirilən smaq yükünün miqdarını
iki dəfə artırdıqda sahənin intensivliyi necə dəyişər?
- Elektrik sahəsini yaradan zərrəciyin elektrik yükünün miqdarım iki dəfə
artırdıqda sahənin intensivliyi necə dəyişər?
|
|
Nəticənin müzakirəsi:
- Elektrik sahəsinin intensivliyi nədən asılıdır?
|
Elektrostatik sahə. Elektrodinamikanm məsələlərindən biri verilən yüklü zərrəciyin yaratdığı
elektromaqnit sahəsinin qüvvə xarakteristikasını təyin etməkdir.