- Yerin müəyyən ərazisində nüvə sınaqlarının keçirilib-keçirilmədiyini yoxlamaq üçün ən etibarlı
üsul həmin ərazidə radioaktiv sezium və stronsium
izotoplarından ibarət radioaktiv
çirklənmənin aşkar edilməsidir. Bu izotoplar 1945-ci ildə nüvə silahı tətbiq edilənə qədər
təbiətdə mövcud olmayıbdır. Məsələn, 1986-cı ildə Çernobıl AES-də qəza partlayışının baş verməsi
nəticəsində 200 000 km2 ərazi - Belarus, Ukrayna və Rusiyanın 70% ərazisi radioaktiv çirklənməyə
məruz qalmışdır.
Ən çox çirklənən meşələr oldu. Belə ki, radioaktiv sezium-: izotopu meşələrdə fasiləsiz dövr
etdiyindən indi də meşə məhsullarını - göbələk və giləmeyvələri, ov heyvanlarının ət və süd
məhsullarını qəbul etmək təhlükəlidir.
- Niyə nüvə sınaqlarından sonra ətraf ərazidə sezium-137 və stronsium-90 izotopları yaranır?