• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 8,9 və 10 |
• Cisim üzərində mexaniki iş görüldükdə onun daxili enerjisi artır, cisim özü iş
gördükdə isə onun daxili enerjisi azalır. • İstiliyin isti cisimdən (və ya cismin hissəsindən) soyuq cismə (və ya cismin hissəsinə) verilməsi prosesi istilikvermə adlanır. |
İstilikvermənin 3 növü var: istilikkeçirmə, şüalanma və konveksiya. Konveksiyada cismin hissələri arasında maddə və enerji daşınması baş verir. İstilikkeçirmə və şüalanma isə enerji daşınmasıdır.
• Enerjinin cismin bir hissəsindən digər hissəsinə, yaxud bir-birinə toxunan bir cisimdən digərinə verilməsi prosesi istilikkeçirmə adlanır. Bu zaman iki cismin temperaturları bərabərləşdikdə deyilir ki, onlar arasında istilik tarazlığı yaranır.
• Şüalanma - enerjinin bir cisimdən digərinə şüalar (görünən və ya görünməyən) vasitəsilə verilməsidir. Yer planeti üçün ən böyük təbii şüalanma mənbəyi olan Günəş həm işıq, həm də istilik şüalandırır.
Cisimdən şüalanan eneıji digər cisimlərin səthinə çatdıqda onun bir hissəsi həmin səth tərəfindən udulur, digər hissəsi isə əks olunur. Cisim şüalanan enerjini udduqda onun daxili enerjisi artır və o qızır. Tünd və açıqrəngli səthlər müxtəlif şüaudma qabiliyyətinə malikdir. Belə ki, tünd-qara rəngli səthlər eneıji şüalarını daha yaxşı udur, açıqrəngli səthlər isə, əksinə, şüaları daha yaxşı əks etdirir. Cisimlərin şüalanması və şüaudması onların təşkil olunduqları atomun quruluşu ilə izah edilir. Atomun quruluşuna dair Rezerfordun təklif etdiyi planetar modelə görə, atomun mərkəzində müsbət yüklü nüvə yerləşir. Elektronlar isə nüvə ətrafinda dairəvi orbitlər üzrə hərəkət edir. Lakin bu model atomun davamlı mövcud olmasım izah edə bilmədi, çünki klassik fizikaya görə, dairəvi orbitlər üzrə hərəkət edən elektron enerji şüalandırmalıdır. Bu halda elektron get-gedə aşağı orbitlərə keçməli və nəhayət, nüvə üzərinə düşməlidir - atomun varlığına son qoyulmalıdır. Əslində isə atom sistemi davamlı olaraq mövcuddur. Rezerfordun izah edə bilmədiyi bu çətin vəziyyətdən çıxış yolunu 1913-cü ildə danimarkalı alim Nils Bor iki postulatı ilə göstərdi:
Birinci postulat: atomlar yalnız hər birinə müəyyən enerji uyğun gələn xüsusi stasionar hallarda və ya kvant hallarında ola bilər. Stasionar halda atom elektromaqnit dalğaları şüalandırmır və udmur.
İkinci postulat: atom böyük enerjili stasionar haldan kiçik enerjili stasionar hala keçdikdə şüalanma baş verir. Bu zaman elektron uzaq orbitdən nüvəyə yaxın orbitə keçir. Əksinə, atom enerji udduqda kiçik enerjili stasionar haldan böyük enerjili stasionar hala keçir. Bu zaman elektron nüvəyə yaxın orbitdən uzaq orbitə keçir.
■
|
Stəkana tökülən su ilk baxışdan kəsilməz formaya malikdir - o, şırnaq formasında axır və istənilən zaman bu axını dayandırmaq olur. Bəs şəkər tozu necə, o da kəsilməzdirmi? İlk baxışdan bəli, çünki onu da su kimi istənilən qədər götürüb-boşaltmaq olur. Lakin əgər ayrı-ayrı şəkər kristallarım qarışqalar yuvalarına daşıyırsa, bu halda şəkər tozu diskretdir, yəni ayrı-ayrı kiçik hissələrdən ibarətdir. Deməli, ixtiyari cisim verilmiş şəraitdən asılı olaraq həm kəsilməz, həm də diskret ola bilər. Əsimdə, hamı bilir ki, bütün cisimlər, o cümlədən su da diskretdir - atom və molekullardan təşkil olunmuşdur. |