Təqdimat üzərində işləyərkən aşağıda təqdim olunan qısa nəzəri materialdan və elektron ünvanlarından istifadə edə bilərsiniz.
1. Qısa nəzəri material
1.1. Kompton effekti. ABŞ fiziki Artur Kompton (1892-1962) 1923-cü ildə işığm korpuskulyar təbiətə malik olduğunu və fotonların impulslannm varlığını təsdiqləyən bir fiziki hadisəni apardığı eksperimentlərdə aşkar etmişdir. O, yüksək enerjili rentgen şüalarının yüngül atomlardan (məsələn, hidrogen, karbon, bor, alüminium və s.) təşkil olunmuş maddələrdən səpilməsini tədqiq edərkən belə bir fakta diqqət yetirdi ki, səpilmə nəticəsində bu şüaların dalğa uzunluğu dəyişir. Belə ki, səpilən şüaların içərisində düşən λ dalğa uzunluqlu şüalardan başqa, dalğa uzunluğu λ' > λ olan şüalar da mövcuddur (a).
Kompton effekti adlanan bu hadisəni işığın elektromaqnit dalğa nəzəriyyəsinə əsasən izah etmək olmur. Belə ki, bu nəzəriyyəyə görə, sükunətdə olan sərbəst elektronun üzərinə düşən elektromaqnit dalğasının təsiri altmda elektron həmin dalğanın tezliyinə bərabər tezliklə rəqsi hərəkətə başlamalıdır. Rəqsi hərəkət edən elektron isə, öz növbəsində, düşən dalğanın tezliyinə bərabər tezliklə məcburi rəqs edərək eyni tezlikli ikinci elektromaqnit dalğası şüalandırmalıdır.
Əgər işığın E = hv enerjisinə və ρ = E
c
impulsuna malik
fotonlar selindən ibarət
olduğu fərz edilərsə, bu halda işığın sərbəst elektronlardan səpilmə prosesi foton ilə elektronun
toqquşmasının nəticəsi kimi izah olunur. Belə ki, bu toqquşma zamanı foton öz enerjisinin bir hissəsini
elektrona verdiyindən o həm öz enerjisini, həm də istiqamətini dəyişir. Beləliklə, işığın zərrəciklər
seli təsəvvürlərinə əsasən Kompton effektindən aşağıdakı nəticələr çıxarıldı:
1. Foton sərbəst elektronla elastik toqquşmaya məruz qalaraq ondan səpilir.
2. Səpilən fotonun enerjisi azaldığından enerji tənliyinə görə, ν > ν' və
E = hν = hc
λ ifadəsindən enerjinin
azalması, səpilən fotonun dalğa uzunluğunun artmasına səbəb olur: λ < λ'.
3. İmpulsun saxlanması qanunu ödənilir: