• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 9 |
1932-ci ildə rus alimi Dmitri İvanenko və alman alimi Verner Heyzenberq nüvənin proton-neytron modelini təklif etdilər. Bu modelə görə: |
mp = 1,6726 ⋅ 10-27kq olub elektronun kütləsindən 1836 dəfə böyükdür.
Neytron (elektrik cəhətdən neytral mənasmı daşıyır) n hərfi ilə işarə olunur, kütləsi təqribən protonun kütləsinə bərabərdir: mn = 1,6749 • 10-27kq.
Nüvədəki proton və neytronlar birlikdə nuklonlar (lat. “nuklus"- nüvəyə məxsus hissəciklər) adlanır.
Nüvənin dayanıqlığı nuklonlar arasında qeyri-elektrik təbiətli güclü nüvə qüvvələrinin mövcud olması ilə izah edilir.
• Nüvə qüvvələri - zərrəcikləri (proton və neytronları) nüvədə saxlayan qüvvələrə deyilir. Nüvə qüvvələri yaxmatəsir xarakterlidir. Belə ki, nüvə qüvvələrinin təsir radiusu nüvənin ölçüsü qədərdir: ≈ 10-15m. Nüvə qüvvələri bu məsafədə qiymətcə eyni işarəli yükə malik protonlar arasındakı itələmə xarakterli Kulon qüvvələrindən onlarca dəfə böyükdür.
• Nüvənin kütlə ədədi - nüvədəki nuklonların ümumi sayma bərabərdir. O, A hərfi ilə işarə edilir:
Kütlə ədədi (A) = protonların sayı (Z) + neytronların sayı (N); A = Z + N.Bu ifadədən ixtiyari elementin nüvəsindəki neytronların sayı asanlıqla müəyyən edilə bilər: N = A-Z.
Kütlə ədədi kimyəvi elementin yuxan indeksində yazılır.
• Nüvənin yük ədədi - nüvədə olan protonlann sayıdır. O, Z hərfi ilə işarə edilir və elementin aşağı indeksində yazılır.
Beləliklə, ixtiyari kimyəvi element şəklində ifadə edilə bilər. Burada X - kimyəvi elementin simvoludur. Məsələn, oksigen nüvəsi üçün kütlə ədədi A = 16, yük ədədi isə Z = 8 olduğuna görə belə yazılır:
■
|
Rezerford atomun planetar modelim kəşf etdikdən, Bor isə onun kvant nəzəriyyəsini verdikdən
sonra qarşıya belə bir sual çıxdı: görəsən, atom nüvəsi bölünməz zərrəcikdir? Ola bilərmi ki,
atom nüvəsi də hansısa zərrəciklərdən təşkil olunsun? Rezerford eksperimental araşdırmalarını atom nüvəsi üzərinə yönəldir. O artıq sizə məlum olan metodu - obyektin a-zərrəciklərlə bombardman edilməsi metodunu tətbiq edir. Rezerford azot atomlarını a-zərrəciklərlə bombardman etdikdə ondan hidrogen nüvəsinə bənzəyən (eyni yükə və kütləyə malik) zərrəciklər sıçradığını aşkar etdi. Bu metod 1919-cu ildə Rezerforda daha bir kəşfə - nüvənin də tərkibcə zərrəciklərdən ibarət olduğunu təsdiqləyən kəşfə imza atmağa imkan verdi. |