• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 9 |
Atomların xarici təsirlər olmadan öz-özünə şüalanma hadisəsi təbii radioaktivlik hadisəsi, baş verən şüalanma isə radioaktiv şüalanma adlanır. |
Aparılan çoxsaylı təcrübələr göstərdi ki, təbii radioaktivlik xassəsi yalnız elementin atom nüvəsinin tərkibi və quruluşu ilə əlaqədardır. Xarici amillər (mexaniki təzyiq, temperatur, elektrik və maqnit sahələri və s.) bu xassəyə təsir göstərmir.
1899-cu ildə ingilis fiziki Emest Rezerfordun rəhbərliyi ilə radioaktiv şüalanmanın fiziki təbiəti tədqiq edilmişdir. Müəyyən olunmuşdur ki, radioaktiv şüalanma müxtəlif zərrəciklər selindən ibarətdir. Belə ki, bu zərrəciklər seli maqnit sahəsindən keçdikdə onların bir qismi Lorens qüvvəsinin təsirinə məruz qalır:
- şüaların bir qismi yüksüz zərrəciklər selindən ibarətdir, onlar maqnit sahəsində meyil etmir - bunlar λ-şüalanma adlandırıldı;
- şüaların digər qismi müsbət yüklü zərrəciklər selindən ibarət olduğundan onlar öz əvvəlki istiqamətindən sol əlin baş barmağı istiqamətinə meyil edir (sol əl qaydasına görə) - bu şüalanma π-şüalanma adlandırıldı;
-β-şüalanma adlandırılan üçüncü qisim şüalar isə mənfi yüklü zərrəciklər seli olduğundan onlar a-şüalanmanın əksi istiqamətində meyil edir. Sonralar radioaktiv maddələrdə radioaktiv çevrilmə xassəsi aşkar edildi.
• Bir radioaktiv nüvənin özbaşına digər nüvəyə çevrilməsi radioaktiv çevrilmə adlanır. İki növ radioaktiv çevrilmə mövcuddur: radioaktiv α-çevrilmə və radioaktiv β-çevrilmə.
• α-çevrilmədə nüvənin yük ədədi 2 vahid, kütlə ədədi isə 4 vahid azalır. Nəticədə element öz yerini dövri sistemin əvvəlinə doğru iki xana dəyişir:
• β-çevrilmədə nüvənin yük ədədi 1 vahid artır, kütlə ədədi isə dəyişmir. Nəticədə element öz yerini dövri sistemin sonuna doğru bir xana dəyişir:
■
|
E.Rezerford təcrübi olaraq müəyyən etdi ki, radioaktiv şüaların nüfuzetmə
qabiliyyətiləri də
fərqlidir. Belə ki, bu şüaların bir növü (1) hətta kağız vərəqindən də keçə bilmədiyi
halda,
digəri üçün (2) qalınlığı 3 mm olan alüminium lövhə keçilməz sədd oldu. Üçüncü növ
şüaların
(3) yayılmasına isə qalınlığı bir neçə santimetr olan qurğuşun divar da müqavimət
göstərə
bilmir (a).
|