Elektrik sahəsinin enerji xarakteristikası elektrik gərginliyi və ya sadəcə gərginlik adlanır.
• Vahid yükü elektrik sahəsinin iki nöqtəsi arasında hərəkət etdirmək üçün elektrik sahəsinin gördüyü iş sahənin bu iki nöqtəsi arasındakı elektrik gərginliyi və ya gərginlik adlanır:
U= A
q
Gərginlik sahənin enerji xarakteristikası olub BS-də vahidi voltdur: [U]=1 C
Kl=1V
• Mexaniki iş — cismə təsir edən qüvvənin modulu yerdəyişmənin modulu və bu qüvvə ilə yerdəyişmə vektorları arasında qalan bucağın kosinusu hasilinə bərabərdir:
Yerin qravitasiya sahəsində ağırlıq qüvvəsinin gördüyü iş: A = Fa • h = mgh.
•Ağırlıq qüvvəsinin işi cismin hərəkət trayektoriyasının formasından asılı deyil, o, cismin kütlə mərkəzinin başlanğıc və son hündürlüklərinin fərqindən asılıdır.
A = —(mgh2 — mgh1)
• Gördüyü iş cismin hərəkət trayektoriyasından asılı olmayan qüvvələr konservativ qüvvələr adlanır. Deməli, ağırlıq qüvvəsi konservativ qüvvədir.
Bu müddəa ağırlıq qüvvəsinin təsiri ilə qarşılıqlı təsirdə olan sistem üçün “potensial enerji” anlayışını çıxarmağa imkan verir. Belə ki, sonuncu düsturdaki mgh ifadəsi Yer səthindən h hündürlükdə yerləşən cisimlə Yerin qarşılıqlı təsirinin potensial enerjisidir:
Ep = mgh.
• Ağırlıq qüvvəsinin gördüyü iş əks işarə ilə cismin potensial enerjisinin dəyişməsinə bərabərdir:
A = -(E2-E1) = -ΔEp.
■ |
Aparılan araşdırmalardan müəyyən edilmişdir ki, Yer kürəsi mənfi, onun atmosferinin ionosfer
təbəqəsi isə müsbət yüklüdür. Onlar arasında olan atmosferin qalan təbəqələri izolyator
rolunu oynayır
|