• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 9 |
|
Bu məqsədlə həmin zərrəciklərə yüksək kinetik enerji verilməlidir. Zərrəciklərə yüksək kinetik enerji vermək üçünsə elementar zərrəciklərin sürətləndiricisi adlanan xüsusi qurğudan istifadə olunur. Sürətləndirilmiş zərrəciklə (protonla) ilk nüvə reaksiyası 1932-ci ildə aparılmışdır: o, litium nüvəsinin iki helium nüvəsinə çevrilmə reaksiyasıdır:
Nüvə reaksiyalarının tədqiqində neytronun kəşfi çox mühüm rol oynadı. Belə ki, elektrik cəhətdən neytral olan neytron hətta sürətləndirilmədən də maneəsiz şəkildə atom nüvəsinə daxil olaraq onu başqa nüvəyə çevirə bilir.
■
|
E.Rezerford 1911 -ci ildə apardığı məşhur təcrübəsində qızıl atomunu α-zərrəciklərlə bombardman etməklə atomun planetar modelinə malik quruluşunu əsaslandırdı. Bu təcrübədə qızıl atomunda heç bir dəyişiklik aşkar edilmədi, sadəcə olaraq 2000 α-zərrəcikdən biri nüvədən 180° geri qayıtmışdır. Lakin Rezerford 1919-cu ildə apardığı təcrübədə azot nüvəsini α-zərrəciklərlə bombardman etdikdə yeni kimyəvi elementin nüvəsi və əlavə zərrəcik yaranmışdır. |
ARAŞDIRMA | 1 |
Məsələ 1. | Verilən reaksiyalarda alman məchul izotopu təyin edin. |
Nüvə reaksiyasının xarakteri və enerjinin saxlanması qanunu. Nüvə reaksiyasının xarakteri qarşılıqlı təsirdə olan zərrəciklərin növündən və eneıjisindən asılı olaraq müxtəlif ola bilər:
1. Nüvə qarşılıqlı təsirdə olduğu zərrəciyi tutduqdan sonra bir neçə qamma kvantı şüalandırmaqla öz əvvəlki vəziyyətinə qayıdır. Bu zaman nüvədə heç bir dəyişiklik baş vermir.
2. Nüvə onu atəşə tutan zərrəciyi qəbul edərək nisbətən böyük kütlə ədədinə malik yeni nüvəyə çevrilir. Belə nüvə, adətən, həyəcanlanmış halda olur və o, zərrəcik (neytron, proton, elektron, a-zərrəcik və s.) buraxmaqla başqa elementin nüvəsinə çevrilir.
3. Nüvə zərrəcik tutduqdan sonra qəlpələrə parçalanır, onlar da, öz növbəsində, zərrəciklər buraxmaqla başqa elementlərin nüvələrinə çevrilir.
İxtiyari nüvə reaksiyası belə yazılır: