• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 9 |
Eyni şəraitdə ağır nüvələrin neytronlarla bombardman edilməsi zamanı qeyri-adi hadisələr baş
verir: a) orta kütləli kimyəvi elementlərin nüvələri yaranır; b) yeni nəsil neytronlar yaranır; c) yeni nəsil neytronlar yeni-yeni nüvə reaksiyaları yaradır və onları artan silsilə ilə davam etdirir; d) böyük miqdarda enerji ayrılır. |
Uran nüvəsinin bölünməsi reaksiyası zamanı yaranan yeni “nəsil” neytronların qarşısına başqa uran
nüvələri çıxdıqda onlann da bölünməsi reaksiyaları baş verir. Bu reaksiyaların hər birindən növbəti
“nəsil” neytronlar yaranır və beləliklə, ilkin neytronların təsiri altında uran nüvəsinin
bölünməsinin uzun zənciri alınır.
• Zəncirvarı reaksiya - bölünən uran nüvələrinin sayının sel artımıdır.
Zəncirvarı nüvə reaksiyasının mövcud olması üçün iki zəruri şərt ödənilməlidir:
I şərt: zəncirvarı reaksiya zamanı neytronların artma əmsalı vahidə bərabər və ya ondan
böyük olmalıdır.
■
|
Danimarka alimi Nils Bor uran nüvəsinin bölünmə mexanizmini nüvəni damla modelinə bənzətməklə izah etmişdir. Onun fikrincə, nüvə nuklonlar toplusundan ibarət maye damlasma bənzəyir. Bu damla neytronla toqquşduqda həyəcanlanır. Nəticədə nuklonlar arasında mövcud olan qüvvələr arasındakı balans pozulur. Nüvə deformasiya edərək uzunsov forma alır və onun uclanndakı nuklonlar bir-birindən uzaqlaşır. Nəhayət, elə bir an gəlib çatır ki, nüvə iki qəlpəyə bölünür və onlar çox böyük kinetik enerji ilə kənara atılır (a). |