• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 9 |
İki nüvənin birləşməsi (sintezi) üçün onlar eyni işarəli yükə malik nüvələr arasındakı Kulon itələmə qüvvələrini dəf edib nüvə qüvvələrinin təsir məsafəsinə qədər (10 -15 m) yaxınlaşmalıdır. Bunun üçün nüvələr çox böyük kinetik enerjiyə malik olmalıdır. |
Nüvələrin həmin enerjini alması üçün sintez reaksiyası çox yüksək temperaturda (≈108÷109K) aparılmalıdır, çünki temperaturun kəskin artması nüvələrin sürət və kinetik enerjisinin də kəskin artmasına səbəb olur.
• Çox yüksək temperaturlarda gedən yüngül nüvələrin birləşmə (sintez) reaksiyası istilik nüvə reaksiyası adlanır.
Araşdırmalardan müəyyən edilmişdir ki, Günəş və digər ulduzların daxilində əsas etibarilə aşağıdakı sintez nüvə reaksiyaları gedir:
• Günəş və digər ulduzlar - öz-özünə idarəedilən təbii istilik nüvə "reaktorları"dır.
■
|
Ağır radioaktiv nüvələrin zəncirvari bölünmə reaksiyası əsasında işləyən AES-in istilik elektrik stansiyasından iki mühüm üstünlüyü vardır: ekoloji baxımdan nisbətən təmizdir və az yanacaq sərf etməklə çox böyük miqdarda enerji istehsal edir. Lakin bununla yanaşı, AES bəşəriyyəti iki ciddi problem qarşısında qoyur: birincisi, nüvə yanacağı (əsasən, uran və torium) Yer qabığı kütləsinin çox cüzi hissəsini - cəmi (3÷8) ⋅ 10-4% təşkil edir və onun əldə olunması getdikcə çətinləşir, ikincisi, bütün dünyada fasiləsiz artan radioaktiv yanacaq tullantısının harada təhlükəsiz saxlanılması problemi. |