• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 9 |
Nüvə reaksiyasının baş verməsi uçun qarşılıqlı təsirdə olan zərrəciklər və ya nüvələr bir-birinə nüvə qüvvələrinin təsir dairəsinə qədər ( ≈ 10 -15m) yaxınlaşmalıdır. |
Bu məqsədlə həmin zərrəciklərə yüksək kinetik enerji verilməlidir. Zərrəciklərə yüksək kinetik enerji vermək üçünsə elementar zərrəciklərin sürətləndiricisi adlanan xüsusi qurğudan istifadə olunur.
Şəkildə elementar zərrəciklərin onlarca kilometr uzunluğunda olan müasir yeraltı sürətləndirici qurğusunun şəkil-sxemi təsvir edilmişdir (a).
Belə sürətləndiricidə zərrəciyə, məsələn, α-zərrəciyə verilən kinetik enerji radioaktiv çevrilmədən yaranan α-şüalanmanın enerjisindən 100 000 dəfələrlə böyük olur. Sürətləndirilmiş zərrəciklə (protonla) ilk nüvə reaksiyası 1932-ci ildə aparılmışdır. O, litium nüvəsinin iki helium nüvəsinə çevrilmə reaksiyasıdır:
■
|
Nüvə reaksiyaları ilə tanış olarkən, yəqin ki, belə bir fakta diqqət yetirdiniz: demək olar, bütün reaksiyalarda elementar zərrəciklər - foton, elektron, neytron, pozitron, neytrino, antineytrino iştirak edir. Bu zərrəciklər nüvə reaksiyalarında ya nüvələrin qarşılıqlı təsirindən yaranır, ya da digər zərrəciklər yaradıb özləri yox olur. |
ARAŞDIRMA | 1 |
Məsələ 1. | Zərrəciklər seli 1,5 ⋅ 107m/san sürəti ilə induksiyası 2 Tl olanbircins maqnit sahəsinə onun induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olur. Maqnit sahəsində zərrəciklər selinə təsir edən qüvvə 1,5 ⋅ 10-11N olarsa, hər bir zərrəciyin yükünü təyin edin. |
Elementar zərrəciklər.
• Elementar zərrəciklər dedikdə materiyanı təşkil edən ilkin, bölünməz zərrəciklər nəzərdə tutulur.
Müasir fizikada elementar zərrəciklərə atom və atom nüvəsi olmayan böyük miqdarda zərrəciklər qrupu aid edilir. Bu qrupa foton, elektron, neytron, proton, habelə mezonlar, müonlar, neytrinolar, barionlar, kvarklar və s. zərrəciklər daxildir - onlar cəmi 400-ə qədərdir.
Bütün elementar zərrəciklərin ümumi xarakteristikası kütlə, yaşama müddəti, elektrik yükü və spinidir.