• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 8 |
Elektrik dövrəsi müxtəlif elementlərdən ibarət ola bilər: cərəyan mənbəyi, elektrik işlədicisi (lampa, elektrik zəngi, elektrik qızdırıcısı, televizor və s.), elektrik açarı, birləşdirici naqillər. Sadə elektrik dövrələrindən biri bu naqillərin ardıcıl birləşməsidir. |
Ardıcıl birləşmədə birinci naqilin sonu ikinci naqilin başlanğıcına, ikinci naqilin sonu üçüncü naqilin
başlanğıcına və s.-yə birləşdirilir.
• Ardıcıl birləşmədə dövrənin istənilən hissəsində cərəyan şiddəti eynidir: I1=I2=I
•Ardıcıl birləşmədə dövrənin tam gərginliyi bu dövrənin ayrı-ayrı hissələrindəki gərginliklərin cəminə bərabərdir:
U1+ U2=U
• Ardıcıl birləşmədə dövrədəki tam müqavimət bu dövrənin ayrı-ayrı hissəsinin müqavimətləri cəminə bərabərdir:
R1+ R2=R
Ardıcıl birləşdirilən eyni R müqavimətli n naqildən ibarət dövrənin Ra tam müqaviməti bir naqilin müqavimətindən n dəfə böyükdür: RA = nR.
•Paralel birləşmə elə birləşməyə deyilir ki, bütün naqillərin bir ucu dövrənin eyni bir nöqtəsinə (məs.: A nöqtəsinə), digər ucu isə dövrənin digər eyni nöqtəsinə (məs.: B nöqtəsinə) birləşdirilsin.
• Paralel birləşmiş naqillərin uçlarındaki gərginlik eynidir: U1 = U2 = U.
• Paralel birləşmədə dövrənin budaqlanmayan hissəsindəki cərəyan şiddəti paralel birləşdirilmiş ayrı-ayrı naqillərdəki cərəyan şiddətinin cəminə bərabərdir: I1+I2=I
• Paralel birləşdirilmiş naqillərin ümumi müqavimətinin tərs qiyməti ayrı-ayrı naqillərin müqavimətlərinin tərs qiymətlərinin cəminə bərabərdir:
1
RP= 1
R1+ 1
R2
Paralel birləşmiş iki naqildən ibarət dövrə hissəsinin ümumi müqaviməti:
Rp= R1 • R2
R1 + R2
Buna uyğun olaraq eyni R müqavimətli n sayda naqilin paralel birləşməsindən ibarət dövrə hissəsinin ümumi müqaviməti bir naqilin müqavimətindən n dəfə kiçikdir:
Rp= R
n
■ |
Praktikada çox vaxt elə olur ki, sıradan çıxan məişət
texnikasını
təcili təmir etmək üçün lazım olan nominalda elektrik tutumlu və gərginlikli kondensator
olmur. Belə halda müxtəlif nominalli kondensatorlardan tələb olunan nominalı almaq lazım
gəlir. Bunun üçün isə onların birləşdirilmə qaydasmı bilmək vacibdir.
|