• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika-9 |
Cərəyanın yaratdığı maqnit sahəsinin induksiya vektorunun istiqamətini
sağ
yivli burğu
qaydası ilə təyin etmək əlverişlidir: burğunun irəliləmə hərəkəti
|
naqildəki cərəyan istiqamətində olarsa, onun dəstəyinin fırlanma istiqaməti bu cərəyanın yaratdığı maqnit induksiyası vektorunun istiqamətini göstərəcəkdir (1). Dairəvi cərəyanın da maqnit induksiyasının istiqamətini sağ yivli burğu qaydası ilə təyin etmək olur: burğunun dəstəyini dairəvi cərəyan istiqamətində burduqda burğunun irəliləmə hərəkətinin istiqaməti dairəvi cərəyanın daxilində maqnit sahəsinin induksiyasının istiqamətini göstərəcəkdir (2).
• Cərəyanlı naqil bircins maqnit sahəsində yerləşərsə, ona təsir edən Amper qüvvəsinin modulu cərəyan şiddəti, maqnit induksiyasının modulu, naqilin uzunluğu və cərəyanın istiqaməti ilə maqnit induksiya vektoru arasındakı bucağın sinusu hasilinə bərabərdir:
F = IBlsinα.
Amper qüvvəsinin istiqaməti sol əl qaydası ilə təyin edilir: sol əli maqnit sahəsində elə yerləşdirmək lazımdır ki, maqnit induksiya xətləri ovuca perpendikulyar daxil olsun və uzadılmış dörd barmaq cərəyanın istiqamətində yönəlsin. Bu zaman 90° bucaq qədər açılan baş barmaq cərəyanlı naqilə təsir edən Amper qüvvəsinin istiqamətini göstərir.
■ |
XIX əsrin əvvəllərində Yerin elektromaqnetizm nəzəriyyəsinin
banilərindən biri
olan alman
riyaziyyatçısı və fiziki Karl Fridrix Qauss (1777-1855) “Qauss topu” adlandırılan
elektromaqnit
topunun nəzəriyyəsini verir. Topun iş prinsipi cərəyanlı sarğacla dəmir mərminin (sabit
maqnitin) qarşılıqlı təsirinə əsaslanır. Şəkildə Qauss topunun modeli və iş prinsipinin
sxemi
təsvir edilmişdir (a).
|