• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika-9 |
M.Faradey apardığı çoxsaylı təcrübələrin köməyi ilə 1831-ci ildə müəyyən etdi ki, maqnit sahəsinin dəyişməsi qapalı keçirici konturda elektrik cərəyanı yaradır. |
• Qapalı keçirici konturda maqnit sahəsinin dəyişməsi ilə elektrik cərəyanının yaranması elektromaqnit induksiyası hadisəsi, yaranan cərəyan isə induksiya cərəyanı adlanır.
• Dəyişən maqnit sahəsi həmişə ətraf fəzada burulğanlı elektrik sahəsinin yaranması ilə müşayiət olunur.
Burulğanlı elektrik sahəsi elektrostatik sahədən kəskin fərqlənir:
a) elektrostatik sahəni sükunətdəki elektrik yükü, burulğanlı elektrik sahəsini isə dəyişən maqnit sahəsi yaradır;
b) elektrostatik sahənin intensivlik xətləri müsbət yükdən başlayır, mənfi yükdə qurtarır- bu xətlər açıqdır. Burulğanlı elektrik sahəsinin intensivlik xətlərinin nə başlanğıcı, nə də sonu var; o, maqnit induksiya xətləri kimi qapalıdır.
Rus fiziki Emili Xristianoviç Lens 1833-cü ildə induksiya cərəyanının istiqamətini təyin edən ümumi qaydanı -Lens qaydasını müəyyənləşdirdi:
• İnduksiya cərəyanı elə istiqamətə yönəlir ki, onun yaratdığı maqnit sahəsi bu cərəyanı yaradan xarici maqnit sahəsinin ixtiyari dəyişməsinə mane olur.
Əgər xarici maqnit sahəsi güclənərsə, induksiya cərəyanının maqnit sahəsi onun dəyişməsini zəiflədəcəkdir. Bu zaman induksiya cərəyanının maqnit induksiyası xarici maqnit sahəsinin induksiyasının əksinə yönəlir (1).
Əgər xarici maqnit sahəsi zəifləyərsə, induksiya cərəyanının maqnit sahəsi onun dəyişməsinə mane olur, yəni “çalışır” ki, bu sahə zəifləməsin. Bu zaman induksiya cərəyanının maqnit induksiyası xarici maqnit sahəsinin induksiyasının istiqamətinə yönəlir (2).
■ |
Təbiətin qoynunda turist gəzintisindəsiniz. Dostunuza zəng etmək istəyirsiniz, lakin
telefonun enerjisi qurtarıb. Yaxınlıqda cərəyan mənbəyi olmadığından adapter gərəksiz əşyaya
çevrilib. Lakin sizdə hər bir turistə vacib olan dinamomaşın var. Telefonun
akkumulyatorunu dinamo-maşma qoşub dəstəyini bir neçə dəqiqə fırlatmaq kifayətdir ki, o,
yenidən yüklənsin.
|