1.9. | ELEKTROMAQNİT İNDUKSİYASI QANUNU. MAQNİT SAHƏSİNDƏ HƏRƏKƏT EDƏN NAQİLLƏRDƏ İNDUKSİYA ELEKTRİK HƏRƏKƏT QÜVVƏSİ |
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika-8 və 9 |
• Yuklu zərrəciklərin nizamlı hərəkəti elektrik cərəyanı adlanır. Naqildə fasiləsiz elektrik cərəyanının mövcud olması uçun aşağıdakı zəruri şərtlər ödənməlidir: |
- naqildəki yüklü zərrəciklərə onları müəyyən istiqamətdə hərəkət etdirən elektrik qüvvəsi təsir etməlidir;
- elektrik cərəyanının keçdiyi naqil (naqillərdən ibarət elektrik dövrəsi) qapalı olmalıdır. Elektrik cərəyanının istiqaməti şərti olaraq naqildəki elektrik sahəsinin intensivliyi istiqamətində qəbul edilmişdir.
• Elektrik cərəyanının istiqaməti olaraq müsbət yüklərin hərəkət istiqaməti (sərbəst elektronların hərəkətinin əksi istiqaməti) qəbul olunmuşdur.
Verilən naqildəki cərəyan şiddəti onun uçlarındaki gərginlikdən düz, naqilin müqavimətindən tərs mütənasib asılıdır. Bu asılılıq sabit cərəyan dövrəsinin müəyyən hissəsindəki cərəyan üçün Om qanunu ilə ifadə olunur:
• Dövrə hissəsindəki cərəyan şiddəti həmin hissənin uclarındakı gərginliklə düz, onun müqaviməti ilə tərs mütənasibdir:
I = U
R.
İnduksiya cərəyanını da digər elektrik cərəyanları kimi elektrik sahəsi yaradır.
• Dəyişən maqnit sahəsi həmişə ətraf fəzada burulğanlı elektrik sahəsinin yaranması ilə müşayiət olunur. Qapalı konturdakı sərbəst elektronları nizamlı hərəkət etdirərək induksiya cərəyanı yaradan maqnit sahəsi deyil, burulğanlı elektrik sahəsidir.
Burulğanlı elektrik sahəsi elektrostatik sahədən fərqlənir, belə ki:
■ |
Müasir sürətli ictimai nəqliyyat növlərindən biri də maqnit yastıqlar üzərində havada asıb -
levitasiya vəziyyətində hərəkət edən qatardır. “MaqLev” adlandırılan bu qatarın şassisi
təkər əvəzinə elektromaqnit dayaq və yönəldici maqnitlərlə təchiz edilmişdir. Dəmir yolu da
şiddətli induksiya cərəyanı yaranan elektromaqnitlə təchiz edilmiş T formalı keçirici
relsdən ibarətdir. Fudziyama şəhəri (Yaponiya) yaxınlığında sınaqdan çıxarılan bu qatar
rekord sürət - 603 km
saat sürət göstərmişdir.
Şəkildə “MaqLev”in
sadələşdirilmiş sxemi təsvir edilmişdir (a). |