1.1. | Yükləri 7 q və -13 q olan iki eyni keçirici kürəni bir-birinə toxundurub ayırdıqdan sonra onların hər birində nə qədər yük qalar? |
1.2. | Xörək qaşığı 18 q su tutur. Təyin edin:
a) sudakı molekullann sayını;
b) bir su molekulundakı elektronların sayını; c) bütün elektronların sayını; d) bütün elektronların ümumi yükünü. |
1.3. | İki elektron arasındakı elektromaqnit itələmə qüvvəsi onlar arasındakı qravitasiya cazibə qüvvəsindən neçə dəfə böyükdür? Elektronun kütləsi m = 9,1 • 10-31 kq-dır. |
1.4. |
Kütləsi m = 2,5 • 10-11 kq olan toz dənəciyi q = 5 •
10-12
Kl yükə malikdir. Toz dənəciyi şaquli
bircins elektrik sahəsində sükunətdə asılı vəziyyətdə olarsa, sahənin
intensivliyini təyin edin (g = 9,8 N |
1.5. |
Aralarındakı məsafə 20 sm olan iki nöqtəvi q1 = 3 •10-7Kl və q2 = 2 • 10-7Kl yüklərini birləşdirən xəttin ortasında yerləşən nöqtədə bu yüklərin yaratdığı elektrik sahəsinin intensivliyi nəyə bərabərdir? |
1.6. |
|
1.7. | Nöqtəvi 10-8 Kl yükün 30 sm məsafədə yaratdığı elektrik sahə intensivliyini təyin edin. |
1.8. | Vakuumda bir-birindən 5 sm məsafədə yerləşdirilən iki müstəvi lövhə arasındakı
bircins
elektrik
sahə intensivliyi 103 V/m-dur. Təyin edin: |
1.9. | Vakuumda bir-birindən 0,1 m məsafədə yerləşən yüklü müstəvi lövhələr arasındakı potensiallar fərqi 220 V-dur. Bu lövhələrin yaratdığı bircins elektrik sahə intensivliyi nəyə bərabərdir? |
1.10. |
Nöqtəvi +q yükü paralel müstəvi lövhələrin yaratdığı bircins elektrik sahəsində hərəkət
etdirilir. Təyin edin:
|
1.11. | Müstəvi kondensatordakı yükün miqdarını 6 dəfə artırıb lövhələri arasındakı məsafəni 4 dəfə azaltdıqda bu kondensatorun elektrik tutumu necə dəyişər? |
1.12. | Müstəvi kondensatorun lövhələri arasındakı gərginliyin sabit qiymətində elektrik tutumu 3 dəfə artırıldı. Təyin edin:
a) kondensatorun eneıjisinin necə dəyişdiyini;
b) kondensatorun yükünün miqdarının necə dəyişdiyini. |
1.13. |
Şəkildə iki kondensatorun birləşmə sxemi təsvir edilmişdir.
a) bu kondensatorların enerjiləri arasındakı münasibəti;
b) bu kondensatorların yüklərinin miqdarı arasındakı münasibəti; c) bu kondensatorların gərginlikləri arasındakı münasibəti. |