2.1. | METALLARIN ELEKTRİK KEÇİRİCİLİYİNİN ELEKTRON NƏZƏRİYYƏSİNİN ELEMENTLƏRİ |
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 8 və 9 |
• Naqil - elektrik cərəyanını yaxşı keçirən maddədir. Naqillərə aiddir: metallar, elektrolit məhlul və ərintiləri, plazma. Rütubətli hava, insan və heyvan bədəni də elektrik cərəyanını keçirir. |
• Elektrik cərəyanının istiqaməti şərh olaraq naqil daxilindəki elektrik sahəsinin intensivlik vektorunun istiqaməti qəbul edilmişdir.
• Metal naqillərin elektrik keçiriciliyinin fiziki mexanizmi klassik elektron nəzəriyyəsinin əsas müddəaları ilə müəyyənləşir. Bunlar aşağıdakılardır:
• Metallar - kristal quruluşa malik fiziki sistemdir. Adi halda metal atomları elektronunu itirərək müsbət iona çevrilir. Kristal qəfəsin düyünlərində yerləşən bu ionlar müəyyən tarazlıq vəziyyətləri ətrafında rəqsi hərəkət edir. Ona görə də ionlar metallarda elektrik cərəyanının yaranması prosesində iştirak edə bilmir.
Metaldata elektronlar ionlararası fəzada sərbəst hərəkət edir. Ona görə də belə elektronlar sərbəst
elektronlar adlanır. Müəyyən olunmuşdur ki, metallarda sərbəst elektronların konsentosiyası
1026÷1028 1
m3- dir.
• Elektrik sahəsi olmadıqda sərbəst elektronlar çoxsayh toqquşmalar nəticəsində xaotik hərəkət edir. Bu hərəkət qaz molekullannm nizamsız istilik hərəkətinə bənzədiyindən metallardakı sərbəst elektronlara elektron qazı modeli kimi baxılır.
• Naqili cərəyan mənbəyinə birləşdirdikdə yaranan elektrik sahəsi sərbəst elektronların xaotik hərəkətinə müəyyən istiqamətdə nizamlılıq verir. Bu zaman hər bir elektronun nizamlı hərəkət sürəti iki amildən asıh olur: a) ionlarla toqquşmaları sayından; b) elektrik sahəsindən. Naqillərdə sərbəst elektronların nizamlı hərəkətinin sürəti çox kiçikdir.
■ |
Tarixdən məlumdur ki, skiflər döyüşdə həlak olmuş həmvətənlərini böyük təntənə ilə dəfn
edirdilər. Onlar torpağa cənazə ilə birlikdə qiymətli metallardan hazırlanmış çoxlu miqdarda
bəzək əşyaları da basdırırdılar. Bu səbəbdən sonralar skif kurqanları oğrular üçün mənfəət
mənbəyinə çevrilirdi. Lakin çoxsaylı adi kurqan və təpəciklər arasından skif kurqanını necə
təyin etmək olar? Tədbirli oğrular bu məqsədlə tufan zamanı şimşəyin hansı təpəciyi
vurmasını diqqətlə izləyirdilər. Onlar hesab edirdilər ki, şimşək Yerin altında gizlədilmiş
metalları “hiss edir” və yalnız onların basdırıldığı yeri vurur.
|