2.3. ELEKTRİK HƏRƏKƏT QÜVVƏSİ. TAM DÖVRƏ ÜÇÜN OM QANUNU
• KEÇDİKLƏRİNİZİ XATIRLAYiN •
Fizika-8
|
Naqildən elektrik cərəyanının uzun müddət keçməsi üçün onun uclarında fasiləsiz olaraq
potensiallar fərqi yaradılmalıdır:naqilin uclarında fasiləsiz olaraq elektrik yüklərinin
toplanması təmin edilməlidir. Bu məqsədlə
|
cərəyan mənbəyindən və ya generator adlanan qurğudan istifadə olunur.
- Cərəyan mənbəyində elektrik yüklərinin ayrılması baş verir: müsbət yüklər onun bir qütbündə,
mənfi yüklər isə digər qütbündə toplanır.
- İş prinsipi kimyəvi reaksiyaya əsaslanan cərəyan mənbəyi qalvanik element adlanır. O, italyan
bioloqu Luici Qalvaninin şərəfinə adlandırılmışdır: alim heyvanlar üzərində təcrübə apararkən
əzələ yığılması zamanı elektriklərimə hadisəsini aşkar etmişdir.
Müasir quru qalvanik element daxilində kömür çubuğu (2) olan sink qabından (1)
ibarətdir. Kömür
çubuğu içərisində manqan oksidi ilə kömür qarışığı olan kətan kisəciyində (3) yerləşdirilir.
Kisəcik
naşatır məhlulu ilə un qarışığından hazırlanmış qatı yapışqanla (4) əhatə edilir. Sink qab
karton
qutu (5) içərisinə qoyulur və üstdən qatran qatı ilə örtülür. Elementin daxilində gedən
kimyəvi
reaksiyalar nəticəsində kömür çubuq müsbət, sink qab isə mənfi yüklənir.
Elektrik dövrəsi müxtəlif elementlərdən ibarət ola bilər: a) cərəyan mənbəyi; b) elektrik işlədicisi
(lampa, elektrik zəngi, elektrik qızdırıcısı, televizor və s.); c) elektrik açan; d) elektrik ölçü
cihazlan (ampermetr, voltmetr və s.); e) birləşdirici naqillər.
- Bu enerji mənbəyi elektrostatik sahə ola bilərmi?
- Qısaqapanma nədir?
- Niyə qısaqapanma hadisəsi çox vaxt yanğınla nəticələnir?
► Dövrə hissəsindən cərəyan keçəndə naqildən müəyyən miqdar istilik
ayrılır - dövrədə enerji itkisi baş
verir. Lakin
dövrədən cərəyan keçməsi davam edir. Bu o deməkdir ki, enerjinin saxlanması qanununa görə enerji itkisinə
məruz qalan dövrəyə fasiləsiz olaraq kənardan enerji verilir.
► Televiziya kanallarından birinin “Xəbərlər”ində belə bir məlumat
getmişdir: “...Kənd sakininin
evində
baş verən yanğında insan tələfatı olmadı, lakin evin bütün əşyaları yanaraq kül oldu. Fövqəladə Hallar
Nazirliyinin hesabatında yanğının səbəbi kimi əldəqayırma elektrik qızdırıcısında yaranan qısaqapanma
olduğu göstərilmişdir”.
Batareya dövrədə hansı “vəzifə”ni yerinə yetirir?
Məsələ 1. Məişətdə istifadə etdiyimiz əksər batareyaların üzərində 1,5
V yazılmışdır.
Nəticənin müzakirəsi:
- Batareyaların üzərindəki 1,5 V nəyi bildirir?
- Batareya (və ya akkumulyator) dövrədə hansı “vəzifə”ni yerinə yetirir?