• Layihənin müzakirəsi
Qrup təqdimatı |
“Elektrolizin tətbiqləri” mövzusundakı posterin müzakirə planı:
• Qalvanoplastika. • Qalvanostegiya. • Elektrometallurgiya. • Elektrolitik təmizləmə və cilalama. • Metalların təmizlənməsi. •Ağır suyun - deyteriumun alınması. |
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 9 |
|
Yanmkeçirici təmizdirsə (tərkibində kənar maddə yoxdursa), o, məxsusi elektrik keçiriciliyinə malik olur. Məxsusi elektrik keçiriciliyinin iki növü var:
■ |
1833-cü ildə Maykl Faradey müəyyən etdi ki, gümüş-sulfidin (Ag2S) temperaturunu artırdıqda onun elektrik keçiriciliyi də artır. O bu barədə özünün “Elektrikə dair eksperimental araşdırmalar” adlı məşhur əsərində belə yazmışdır: “Mən elə bir maddə tanımıram ki, onun gümüş-sulfid kimi isti halındakı elektrik keçiriciliyi metalların keçiriciliyi ilə müqayisə oluna bilsin və hətta metaldan fərqli olaraq keçiriciliyi artsın. Lakin yaxşı axtarılarsa, bəlkə də belə maddələr aşkar edilə bilər”. XIX əsrin sonlarında Faradeyin araşdırmaları məqsədyönlü davam etdirilməklə elə maddələr aşkar olundu ki, onlar elektrik keçiriciliyinə görə nə metala, nə də dielektrikə bənzədi. Bundan başqa, təcrübələrdə belə maddələrin ikinci qeyri-adi xassəsi də aşkarlandı. Belə ki, tellur-sulfid və ya qurğuşun-sulfidin metalla lehimlənən kontakt hissəsini qızdırdıqda orada çox yüksək EHQ əmələ gəldi. Nəticədə həmin kontakt elektrik cərəyanını yalnız bir istiqamətdə çox yaxşı keçirdi, əks istiqamətdə isə, demək olar, keçirmədi. Həmin maddələr yarımkeçiricilər adlandırıldı. Yanmkeçiricilərin elektrik keçiriciliyinin təbiətindəki bu iki qeyri-adiliyin səbəbi XX əsrin əvvəllərində öz düzgün izahını tapdı. |