• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 9 |
İki yarımkeçirici kristalı, yəni p - və n-tip kristallarını lehimlədikdə onların toxunma hissəsində elektron-deşik keçidi (və ya p-n keçidi) yaranır. Bu zaman n-tip kristalından elektronların bir hissəsi p-tip kristalına diflüz edərək sərhəddəki deşiklərin müəyyən hissəsi ilə rekombinasiya edərək neytrallaşır. p-tip kristalından isə deşiMərin bir hissəsi n-tip kristalına diffuz edərək oradakı elektronların müəyyən hissəsi ilə neytrallaşır. Nəticədə yanmkeçirici kristalın p-n keçidində sərbəst elektron və deşiklərin konsentrasiyası kəskin azalaraq həmin hissənin müqavimətini artırır. Ona görə də kontaktın ab sərhədində yaranan böyük müqavimətli bu təbəqə elektronların n-hissədən p-hissəyə, deşiklərin isə p-hissədən n-hissəyə sonrakı keçidlərinin qarşısım alır (a), p-n keçidinə malik kristal sabit cərəyan dövrəsinə qoşularsa, o, cərəyanı yalnız bir istiqamətdə yaxşı keçirəcəkdir. Əgər kristalın n-tip hissəsi cərəyan mənbəyinin mənfi, p-tip hissəsi isə müsbət qütbünə birləşdirilərsə, mənbəyin yaratdığı elektrik sahəsinin təsiri ilə n-tip kristaldan elektronlar, p-tip kristaldan isə deşiklər bir-birinə qarşı, ab sərhədinə doğru hərəkət edəcək. Sərhədi keçən elektronlar deşikləri dolduraraq ab təbəqəsinin l qalınlığını və deməli, kristalın ümumi elektrik müqavimətini azaldacaqdır (b). Belə birləşmə düz keçid adlanır, dövrədən elektrik cərəyanı maneəsiz keçir. Əgər kristalın n-tip hissəsi cərəyan mənbəyinin müsbət, p-tip hissəsi isə mənfi qütbünə birləşdirilərsə, mənbəyin yaratdığı xarici elektrik sahəsinin təsiri ilə n-tip kristaldan elektronlar, p-tip kristaldan deşiklər qarşılıqlı əks istiqamətlərə, ab sərhədindən kristalın əks uclarına doğru hərəkət edəcək. Nəticədə ab sərhədindəki ikiqat təbəqənin qalınlığı və deməli, kristalın ümumi elektrik müqaviməti artacaq (c). Bu halda dövrədən, demək olar, elektrik cərəyanı keçmir: tərs keçid baş verir. • Yarımkeçirici diod - bir p-n keçidindən və elektrik dövrəsinə birləşdirmək üçün iki kontaktdan ibarət cihazdır, p-n keçidinə malik yarımkeçirici diod sabit cərəyanı yalnız bir istiqamətdə keçirir. Yanmkeçirici diodun biristiqamətli keçiriciliyi elektrik dövrələrində sxematik olaraq xüsusi işarə ilə göstərilir (d). |
■
|
Barselona universitetinin (İspaniya) alimləri 2017-ci ildə Si təbəqəsində
yerləşdirilən bir
molekulun yarımkeçirici diod kimi işlədiyini nümayiş etdirdilər. Nonadien-1,8 adlandırılan bu
molekul 9 karbon, 12 hidrogen atomundan (C9H12) təşkil
olunmuşdur
(e). |
Mənbə: Albert C. Aragones, Nadim Darwish, Simone Ciampi, Fausto Sanz, J. Justin Gooding & Ismael Diez- Perez. Single-molecule electrical contacts on silicon electrodes under ambient conditions //Nature Communications. 2017. 8. DOI.IO.C 1038 /Mcomms 15056.